“Arsenal” Gyökeres üçün “qollarını çırmaladı” – Ulduz futbolçuya bu qədər ÖDƏYƏCƏK
“Arsenal” klubu 2025/26 mövsümü üçün hücum xəttini gücləndirmək məqsədilə “Sporting”in hücumçusu Viktor Gyökeresi transfer etmək istəyir.
Yenicag.az xəbər verir ki, bu barədə “Goal” nəşri məlumat yayıb.
Məlumatda bildirilir ki, “Topçular”ın əsas hədəfi 26 yaşlı isveçli futbolçudur. “Correio da Manha” nəşri isə yazır ki, klub direktorlarından bəziləri ötən həftəsonu Lissabonda Gyökeresin agenti Həsən Çətinkaya ilə görüş keçiriblər.
“Arsenal”ın təklifinə görə, isveçli hücumçu üçün qarşı tərəfə 70 milyon avro ödəniləcək. Bundan əlavə, Gyökeresə 12 milyon avro imza bonusu və komandaya qoşulmağa razılıq verərsə, hər mövsüm üçün 7 milyon avro maaş təklif olunur.
Qeyd edək ki, Viktor Gyökeres cari mövsümdə “Sporting Lisbon”un heyətində 52 oyunda 54 qol vurub və 13 məhsuldar ötürmə ilə yadda qalıb.
Göycə Göycəyev