Vergi borcları 12% ARTDI: “Bu problem siqnal olmalıdır”

media-hightechnic-468x90

“Bu problem siqnal olmalıdır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Respublikaçı Alternativ Partiyasının (REAL) sədri, iqtisadçı ekspert Natiq Cəfərli bildirib.

media-1727078333-1675327121_natiq-ceferli-1

N. Cəfərli 2024-cü ilin sonuna dövlət büdcəsinə olan borcların (qalıqların) həcminin ilin əvvəli ilə müqayisədə ümumilikdə 344,9 mln. manat və ya 12,2% artaraq 3169,3 mln. manat təşkil etməsini şərh edərək problemin kökünü biznes mühitinin olmamasında görüb.

Onun sözlərinə görə, vergi borclarının artması heç də yaxşı tendensiya deyil:

“Bu, o deməkdir ki, biznesin ciddi çətinlikləri var. Biznes çətinlik çəkməyəndə vergi borcu da saxlamır. Azərbaycanda elə bir sistem var ki, vergi borcu avtomatik silinir. Biznesin hesabına pul gəlmir deyə onun borcu da artır və hesablardan vergilər silinmir. Bu, pis tendensiyadır və birdən-birə 12% artması heç də yaxşı bir şey deyil. Bu, ondan xəbər verir ki, Azərbaycanda biznes mühiti o qədər də yaxşı vəziyyətdə deyil”.

Partiya sədri düşünür ki, vergi borclarının artması Azərbaycan hökuməti üçün də siqnal olmalıdır:

“Bu siqnal olmalıdır. Həm vergilərin azaldılması, həm də biznes mühitinin yaxşılaşdırılması ilə bağlı ciddi addımların atılmasına ehtiyac var”.

Nurlan Cəfəri

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600