“Real Madrid” onu transfer etmək NİYYƏTİNDƏDİR

media-hightechnic-468x90

“THY EuroLeague” mövsümü başa çatdıqdan sonra basketbol transfer bazarında fəallıq artıb.

Yenicag.az “Meridian Sports”a istinadla xəbər verir ki, “Real Madrid” karyerasını ABŞ-nin “Phoenix Suns” klubunda davam etdirən serbiyalı oyunçu Vasiliye Miçiçi transfer etmək istəyir.

“Phoenix Suns”da illik 7,7 milyon dollar qazanan Miçiç 8,1 milyon dollar qarşılığında müqaviləsini iyunun 29-na qədər uzatma imkanı əldə edib və klub rəhbərliyinin qərarını gözləyir.

Qeyd edək ki, “Real Madrid”lə yanaşı “Hapoel Tel Aviv”, “Red Star” və “Olympiakos” komandaları da serbiyalı oyunçunun transferində maraqlıdırlar.

Göycə Göycəyev

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 22.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600