Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Qarabağ FC

Tanınmışlardan Operativ Qərargahın “vaksinləşmə” qərarına REAKSİYA - SORĞU

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən keçirilən brifinqdə yaşı 18-dən yuxarı olan şəxslərin qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə biləcəkləri bildirilib.

Maraqlıdır, tanınmışlarımızın bu qərara münasibəti necədir, onlar vaksin vurdurmağı düşünürmü?

Yenicag.az-a açıqlama verən Xalq artisti Əbdül Mahmudbəyov vaksin vurdurmadığığını deyib:

“Bu nədir, gündə bir qərar çıxarılır. Axı niyə bu vaksin məcburi vurulmalıdır axı? Onsuz da ölən ölür, qalan qalır. Əgər bu virusun dərmanı yoxdursa, niyə vaksin vurulmalıdır? Belorusiya, Fransa imtina edir bu vaksindən. Bizdə yoluxma gah artırılır, gah azaldılır. Belə dərd-sər olar, millət bezib. Bizi məhv etmək istəyirlər. Mən vurdurmamışam”.

Aktrisa Zülfiyyə Məmmədova artıq penvənd olunduğunu bildirib:

“Mən artıq iki aya yaxınır ki, hər iki doza peyvənd etdirmişəm. Vəziyyətimdən də çox razıyam. Dövlət məsləhət bilibsə, deməli əməl etməliyik”.\

Tanınmış aktyor Reşat Kəsəmənli də ailəlikcə peyvənd olunduqlarını deyib:

“İki doza vaksin olunmuşam. Qayda-qanun nə tələb edirsə, ona da riayət etmək gərəkdir. Ümumiyyətlə, tərəfdarıyam ki, hər kəs vaksin vurdursun. Canımız kiminsə canından əskik deyil. Camaat elə fikirləşir ki, vaksin vurdurdunsa nəsə olacaq. Yəni bizim də canımız bizə əzizdir, amma gedib vurdurmuşuq. Nə tələb olunursa, etməliyik. Bütün ailəm peyvənd olunub”.

Cəvahir

www.yenicag.az

278
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100