“Tank biatlonu” müsabiqəsinin yarımfinal mərhələsi keçirilir – VİDEO

“Beynəlxalq Ordu Oyunları-2021” yarışları çərçivəsində Rusiya Federasiyasının Moskva şəhərində “Tank biatlonu” müsabiqəsinin yarımfinal mərhələsi keçirilir.

Müdafiə Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, bu mərhələdə hər komanda üzrə üç ekipaj tankla 50 kilometr məsafəni keçərək 24 hədəfi məhv etməlidir.

Yarımfinal mərhələsinin nəticələrinə əsasən finala vəsiqə qazanan komandalar müəyyənləşəcək.