Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Tarqovıdakı “AJDA” CAFE müştərilərin cibinə belə girir -ŞOK FAKTLAR

VT2v2LG8z9U4Bakıda Fəvvarələr meydanında, vaxtilə “Araz” kinoteatrının yanı deyərək görüş yeri verdiyimiz ərazidə “Ajda” adlı yeni bir məkan açıldı.

7News.az-ın məlumatına görə ilkin mərhələdə kafe müxtəlif kampaniyalar adı altında müştəriləri cəlb etməyə başladı. Bukletlər vasitəsi ilə müştərilər qazananan kafe, həm də musiqi nömrələri ilə diqqəti cəlb etməyə çalışırdı.

Lakin bu “xoşbəxtlik” o qədər də uzun çəkmədi. Hər kəsin fərqli məkan olduğuna ümid bəslədiyi “Ajda” müştərilərin ümidlərini puç elədi. Gündəlik “oborotu”nu saxta reklamlar hesabına kəllə-çarxa çıxardan kafe demək olar ki, bütün istehlakçı hüquqlarını pozmaqdadır.

Belə ki, ilkin mərhələdə təklif olunan qiymətlər (5 Azn ( red.: çaya görə)) tez bir zamada yüksəldildi (7 Azn (red.: çaya görə)). Bununla kifayətlənməyən kafe tez bir zamanda külli miqdarda qazanc əldə etməyi qarşısına məqsəd qoydu. Müştərilərin dediklərinı görə artıq bu qiymətlər də qüvvədən düşüb və bir neçə dəfə artırılıb.

7News.az-ın əməkdaşı müştəri qismində kafeyə yollandı və bir fincan sadə çay (əvvəl 5, sonra 7AZN olan) sifariş etdi. Mənzərə ortada idi. Offisiant artıq çayların dəstgahla verildiyini və qiymətin bir neçə dəfə yüksək olduğunu bildirdi.

Məsələ ilə bağlı 7News.az olaraq Vergilər nazirliyi, istehlakçıların hüquqlarının müdafiəsi departamentinə, eyni zmanda, digər aidiyyatı qurumlara sorğu formatında müraciət edəcəyik.

Xatırladaq ki, ölkədə müxtəlif bredlərin adı altında fəaliyyət göstərən obyektlərdə süni qiymət artımı ilə bağlı ölkə başçısı da dəfələrlə iradını bildirib. Bu iradlardan sonra bəzi xidmət obyektləri norma və qanun daxilində fəaliyyət göstərsələr də, görünür bu “Ajda” kafeyə təsir etməyib.

www.yenicag.az

1395