Tatarıstanda zavodda baş verən yanğında yeddi nəfər öldü

media-hightechnic-468x90

Tatarıstanda “Nijnekamskneftekim” zavodunda baş vermiş hadisə nəticəsində yeddi nəfərin həlak olduğu təsdiqlənib.

media-banner_tkm

Yenicag.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Sibur Nijnekamsk – Nijnekamskneftekim” şirkətinin rəsmi “Telegram” kanalında məlumat verilib.

“Hadisənin nəticələrinin aradan qaldırılması üzrə işlər davam etdirilir, konstruksiyaların sökülməsi və axtarış əməliyyatı aparılır. 3 aprel, cümə günü axşam saatlarına olan məlumata görə, yeddi nəfərin həlak olduğu təsdiqlənib”, – məlumatda bildirilib.

Qeyd olunub ki, əməliyyat davam edir, daha beş nəfərin axtarışı aparılır.

“Beş nəfərin axtarışı davam edir. Axtarış-xilasetmə işləri fasiləsiz aparılır – axtarışlara Rusiya Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri və digər səlahiyyətli xidmətlər qoşulub. 200-dən çox insan və 20 ədəd texnika sutkalıq rejimdə çalışır”, – şirkətdən əlavə edilib./Report/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05