!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Təhsildə "TƏRSLİKLƏR": "Bu sahədə qeyri-peşəkar yanaşmanın acı nəticələrini müşahidə edirik"

!Reklam – Yazi

“Vurğulanan “tərsliklər”i düzəltmək üçün artıq müəyyən addımlar atılıb. MİQ, sertifikasiya imtahanları bu yöndə görülən lazımi işlərdən bir neçəsidir”.

Bunu Azərbaycan Respublikası elm və təhsil naziri Emin Əmrullayevin təhsildə “tərsliklər” oduğu ilə bağlı açıqlamasına münasibət bildirən təhsil eksperti Adil Vəliyev Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, nazirin dediklərində həqiqət var:

“Çünki illərdir istər bağçalarda, istərsə də məktəblərdə müəllimlərin işə qəbulunun standart strukturu olmayıb. Bu səbəbdən bəzən ali təhsili olmayan, bəzən isə qeyri-ixtisas bitirmiş müəllimlər işə qəbul olunub. Təəssüf ki, hazırda bu kimi qeyri-peşəkar yanaşmanın acı nəticələrini müşahidə edirik. Həm abituriyentlərin, həm də müəllimlərin sertifikasiya nəticələrində statistikanın hansı vəziyyətdə olduğu göz qarşısındadır.

Vurğulanan “tərsliklər”i düzəltmək üçün artıq müəyyən addımlar atılıb. MİQ, sertifikasiya imtahanları bu yöndə görülən lazımi işlərdən bir neçəsidir. Hətta buraya müəllimlərin işə təyinatını da əlavə etmək olar.

Bağçaların da Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsi çox gözəl addım idi. Artıq təhsilə aid bütün müəssisələr, hətta kök saydığımız uşaq bağçası belə bu nazirliyin tərkibindədir. Həmin qərarla valideynlər rahat şəkildə övladlarının məktəbəqədər müəssisədə lazımi təhsilin alınmasından əmin ola bilərlər”.

Nəsimi Ələsgərli

www.yenicag.az

250
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv