!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Təhsilin bitməyən problemləri: "Bunlar prosesin şəffaflığına əngəl törədir" - Müəllimdən HAQLI SİTƏM

!Reklam – Yazi

“Təsəvvür edirsiniz, evindən 20 kilometr aralıda bir il müqavilə ilə dərs deyəcəksən, amma buna görə digər daimi işləyən müəllimlərə verilən yolpulunu sənə verməyəcəklər”.

Bunu Azərbaycanda təhsil işçilərinin yaşadığı problemlər barədə fikirlərini bölüşən müəllim Şəlalə Nuriyeva Yenicag.az-a açıqlamasında deyib.

Şəlalə Nuriyeva bildirib ki, müəllimlərin işə qəbulu (MİQ) imtahanlarındakı bir sıra problmelər prosesin şəffalığına əngəl törədir:

“Bu sahədə cavabını tapmadığım bir çox suallar var ki, bu suallardan həm də müəyyən tələblər ortaya çıxır.

Bildiyiniz kimi, bu il MİQ-də istər texniki sahə ilə, istərsə də nəzəri sahə ilə bağlı dəyişikliklər oldu. Vaxt artırılması, səhvlərin doğruları aparması, bal şkalasındakı dəyişikliklər və sair.

Bu il vakansiya seçimində yalnız birinci turun daimi əsaslarla olacağı, sonrakı turların isə yalnız müqaviləli yerlər olacağı deyilir. Sual olunur: Niyə yalnız ilk tur? Axı bu qədər müəllim daimi iş yeri əldə etmək üçün çaba göstərir. Daimi iş yerinə qəbul olan müəllimin 3 il eyni məktəbdə işləmədən imtahana girməsinə icazə verilmir, yəni bununla həm işə qəbul olunanların sayını çoxaltmaq istəyirlər, həm də bir müəllimin bir məktəbdə, heç olmasa, 3 il dərs deməsini, şagirdlərin, heç olmasa, 3 il eyni müəllim görməsini təmin edirlər. Bəs müqaviləli yeri niyə bir illik edirlər? Müqavilə ilə işləyən müəllim gedəcək, gələn il yerinə başqası gələcək. Bununla da şagirdlər ildə bir müəllim dəyişəcək. Amma keçən ilə qədər müqavilə ilə işə götürülən müəllim sentyabrda işə qəbul olub aprel-may aylarında həmin məktəbdə daimiləşə bilirdi”.

Şəlalə Nuriyeva müqaviləli müəllimlərə yolpulu verilməməsinin haqsızlıq olduğunu qeyd edib:

“Müqavilə ilə dərs deyən müəllimlərə uzaq məsafəyə görə yolpulu verilmir. Bunu hansı səbəblə edirlər, başa düşmürəm. Təsəvvür edirsiniz, evindən 20 kilometr aralıda bir il müqavilə ilə dərs deyəcəksən, amma buna görə digər daimi işləyən müəllimlərə verilən yolpulunu sənə verməyəcəklər. Əlbəttə ki, belə olan halda, çox müəllim müqaviləli yer istəmir. Üstəgəl, bu ildən də müqaviləli yerdə daimiləşmə olmayacaq. Yəni birinci turda kim daimi işə qəbul oldusa, oldu. Olmadısa, ya gələn il yenidən imtahan verəcək, ya da 1 illik müqavilə ilə və ya bir neçə aylıq sosial məzuniyyət yerində işləməyi seçəcək. Hər iki halda bir ildən sonra yenə imtahan verməli olacaq”.

Nazirliyin kurrikulumun tətbiqi üçün vahid kitab təqdim etməməsini mühüm problem kimi dəyərləndirən müəllim müvafiq qurumun məsuliyyətsiz yanaşmasının imtahansuallarının ötürülməsinə yol açdığını vurğulayıb.

Şəlalə Nuriyeva sözlərini belə yekunlaşdırıb:

“Hazırda müəllimlik ixtisasına ayrılan yerlərin çoxluğu, vakansiya problemləri, müəllimlərin dərs saatı bölgüləri də əsas problemlərdəndir. Bu kimi hallar mövcud olduğu müddətcə MİQ-nin problemləri səngimək bilməyəcək və işsiz müəllim ordusunun sayı artacaq”.

Aqil Bəkir

COP29

www.yenicag.az

1004
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv