Tramp NƏBZ YOXLAYIR: "ABŞ kiçik hərbi əməliyyatla Maduronu devirə bilər"

media-hightechnic-468x90

“ABŞ Venesuelaya qarşı kiçik hərbi əməliyyatlar apararaq Maduronu istefaya məcbur edə bilər.”

Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

media-9mbgnwvcltbubu4njffm1pjghus1gmbr

Politoloq Trampın Venesuelaya qurudan hərbi əməliyyatlara başlayacağı ilə bağlı “Ağ Ev” jurnalistlərinə verdiyi açıqlamanı şərh edib:

“ABŞ və Venesuela arasındakı münasibətlər getdikcə gərginləşir və bu, bir tərəfdən uzun illər ərzində yığılıb qalmış problemlərin həllini reallaşdırmaq niyyətini güdür, digər tərəfdən isə Tramp və Maduro arasında olan ziddiyyətlər özünü göstərir. Digər bir məqam da ABŞ prezidenti Trampın ölkəyə daşınan narkotik qaçaqmalçılarının, narkotik kartellərin birdəfəlik məhv edilməsi planını üzə çıxarmasıdır. Baxmayaraq ki, Tramp Maduroya ölkəni tərk etməsi üçün 1 həftə vaxt vermişdi, Maduronu dəstəkləyən qüvvələr də az deyil. Xüsusilə bu, geopolitik xarakter daşıyır, çünki Maduronun güvəndiyi qüvvələr də vardır və bu, məsələyə geosiyasi xarakter qatır. Hesab edirəm ki, qısa müddətlik hərbi əməliyyat həyata keçirilə bilər və bu əməliyyat həm də Maduronun istefası, o cümlədən, daxildə formalaşan neqativ qüvvələrin onun istefasını tələb etməsi ilə də yekunlaşa bilər. ABŞ yalnız hazırda ultimatum xarakterli bəyanatlarla kifayətlənir. Bu söylənilən fikirlərin reallaşması mümkündür, amma ABŞ sanki nəbz yoxlayır və reaksiyaları güdür. Bunun əsasında da, məncə, müəyyən addımlar atacaq.”

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa