Rəqəmlərlə çürüdülən İDDİA: "Özünü müxalifət adlandıran bəzi insanlar üçün heç bir qırmızı xətt yoxdur"

media-hightechnic-468x90

“AXCP kimi bəzi müxalifət partiyaları Azərbaycanda hakimiyyəti ələ keçirmək üçün hər kəslə əməkdaşlığa getməyə hazırdır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında siyasi ekspert Abutalıb Səmədov bildirib. Abutalıb Səmədov

Ekspert Rusiyada milyonlarla azərbaycanlının əmək fəaliyyətinə cəlb olunduğu yöndəki iddiaları rəqəmlərlə çürüdüb:

“Bir neçə il öncə “Valday” forumunda çıxış edərkən Rusiya Prezidenti bəyan etdi ki, ölkədə yaşayan azərbaycanlıların sayı 2 milyona yaxındır. Söhbət Rusiya vətəndaşlarından gedir. Bundan daha əvvəllərdən başlayaraq – 90-cı illərdən  Azərbaycan müxalifəti və ilk növbədə, AXCP və “Müsavat” azərbaycanlıların kütləvi şəkildə Rusiyaya köçdüklərini və orada daimi vətəndaş, ya da əmək miqrantı kimi  yaşadıqlarını iddia edirdilər. Səbəb olaraq da Azərbaycanda iş yerlərinin olmaması, insanların ailələrini dolandıra bilməmələri və sair göstərirdilər. İndi isə ortaya qoyulan rəqəmlər onu göstərir ki, nə Putinin dediyində həqiqət var, nə də Azərbaycandakı həmin müxalifət partiyalarının. Onu da demək lazımdır ki, təkcə ötən il Ermənistandan Rusiyaya işləmək üçün gedən əmək miqrantları öz ölkəsinə 3 milyard dollardan artıq vəsait göndərdikləri halda, azərbaycanlıların göndərdikləri vəsait 500 milyon dollar olub. Bu rəqəm əvvəlki illərdə də dəyişməyib. Yalnız pandemiya dövründə rəqəm bir neçə dəfə artıq olmuşdu ki, görünür, onların əllərində nə vardısa, hamısını göndərməsi ilə bağlı olub”.

A. Səmədov ölkədə fəaliyyət göstərən bəzi müxalifət nümayəndələrinin öz kirli məqsədləri uğrunda hər yola əl atmağa hazır olduğunu vurğulayıb:

“Azərbaycan müxalifətinin hakimiyyətə və eyni zamanda, Azərbaycan dövlətinə böhtan atmaq üçün hər şeyi etdiyi heç kimə sirr deyil. Ortada dövlət maraqları olanda insanlar düşünməlidirlər. Yalan bəyanatlar, həqiqətlə heç bir əlaqəsi olmayan iddialar təkcə Azərbaycan hakimiyyətinə ziyan vurmur, eyni zamanda, Azərbaycan dövlətinin də nüfuzuna ciddi zərbə vurur və bu cür hərəkətlərdən çəkinmək lazımdır. Hər şey hakimiyyət, kreslo uğrunda mübarizəyə qurban verilməməlidir. Son hadisələr, Ramiz Mehdiyev və onunla əlaqəsi olan müxalifət nümayəndələrinin davranışları bir daha göstərdi ki, özünü müxalifət adlandıran bəzi insanlar üçün heç bir qırmızı xətt yoxdur və onlar hakimiyyət üçün hər kəslə əməkdaşlığa getməyə, kömək istəməyə hazırdırlar. Təəssüf ki, bu, Azərbaycan reallığıdır, Azərbaycan siyasətində də bu cür insanlar 90-cı illərdən başlayaraq kök salıblar. Onların davranış və bəyanatları Azərbaycan dövlətinə daim zərbə vurub, nüfuzdan salıb və bu cür fəaliyyət, çox təəssüf ki, bu gün də davam edir”.

Nurlan Cəfəri

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa