Eks-nazir qızından tariximizə HÖRMƏTSİZLİK: “Bu, film deyil, pornoqrafiyadır!” – SƏRT REAKSİYA

media-hightechnic-468x90

Rejissor və ssenari müəllifi Suad Qara tərəfindən ərsəyə gələn “Məhsəti” qısametrajlı bədii filmi ətrafında müzakirələr səngimək bilmir.

Görkəmli şairə Məhsəti Gəncəvinin əxlaqsız qadın kimi təqdim edilməsi ictimaiyyət və sənət adamları tərəfindən sərt reaksiya ilə qarşılanıb. Xatırladaq ki, Mədəniyyət Nazirliyinin nəzdindəki Bədii Şuranın Bakı Film Festivalında filmin nümayişinə qadağa qoyulub. Buna səbəb filmdə ədəbiyyat irsimizə hörmətsizlik nümayiş olunması, Azərbaycanın klassik ədəbi-mədəni tarixində xüsusi mövqeyə malik olan Məhsəti Gəncəvi obrazının bədii təqdimatında ciddi təhriflərə yol verilməsidir.

Yenicag.az-a açıqlama verən xalq artisti, tanınmış rejissor və aktyor Şeyx Əbdül Mahmudbəyov “bu film deyil, pornoqrafiyadır” deyərək ssenari müəllifi Suad Qaranın ünvanına sərt fikirlər səsləndirib:

“Əbülfəs Qarayevin qızı Məhsəti Gəncəvini pornoqrafiyaya çevirib. Deyir, güya Məhsəti xanımın rübailərində belə pornoqrafik şeylər var. Bu adam başa düşmür ki, rübai poetik, alleqorik və nəhayət, obrazlı məhəbbət janrıdır. Bu xanım bu fəlsəfəni dərk etməkdənsə, başa düşməkdənsə, pis tərəfə yönəldir. Bu, yanaşma Azərbaycan tarixi şəxsiyyətinə qarşı hörmətsizlikdir. Mən həmişə demişəm, yenə də deyirəm: əxlaqi dəyərlərimiz toxunulmazdır, onları qorumalıyıq. Bunlar bizim əxlaqi-mənəvi dəyərlərimizi aşılamaqla məşğuldurlar. Ümumiyyətlə, tarixi şəxsiyyətlərimiz, tarixi mövzular, milli-mənəvi dəyərlərimizlə bağlı kim kino çəkirsə, mahnı yazırsa, əsər yazırsa, tamaşa qoyursa, mütləq yüksək səviyyədə bu sahənin mütəxəssislərinin rəyləri olmalıdır. Qabaq tarixi mövzuda, ədəbi mövzuda bir film çəkəndə mütləq tarix, ədəbiyyat institutundan, folklor institutundan rəy alırdıq. İndi kim nə istəyir danışır, çəkir. Söz də deyəndə xətirlərinə dəyir. Məhsəti Gəncəvi toxunulmazdır, onu bu səviyyədə aşağılamaq, təqdim etmək olmaz.”

Cəvahir

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa