"Guya milyonlarla azərbaycanlının sənədsiz şəkildə Rusiyada yaşaması barədə deyilənlər məntiqə sığmır" - ŞƏRH

media-hightechnic-468x90

“Həm Rusiyada, həm də Azərbaycanda müəyyən maraq qrupları bu təzyiq mexanizmini gücləndirmək üçün belə şişirdilmiş rəqəmlərin yayılmasında maraqlı olublar”.

Bunu bəzi qüvvələrin öz məqsədləri üçün Rusiyada yaşayan Azərbaycan vətəndaşlarının sayını şişirtməsindən danışan Yenicag.az-a açıqlamasında politoloq Əlabbas Məhərrəmli deyib.

O qeyd edib ki, guya milyonlarla azərbaycanlının sənədsiz şəkildə Rusiyada yaşaması barədə deyilənlər məntiqə sığmır:

“Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, bu ölkədə olan Azərbaycan vətəndaşlarının ümumi sayı təxminən 225 min nəfər təşkil edir. Bu rəqəm artıq rəsmi olduğuna görə ortaya belə bir nəticə çıxır ki, əvvəllər deyilən “2 milyon” və ya “1,5 milyon” kimi iddialar həqiqəti əks etdirmir. Yəni guya milyonlarla azərbaycanlının sənədsiz şəkildə Rusiyada yaşaması barədə deyilənlər məntiqə sığmır. Çünki Rusiyada bu miqyasda sənədsiz, qeyri-leqal vətəndaşın yaşaması mümkün deyil. Çox cüzi bir qismi sənədsiz ola bilər. Göründüyü kimi, real rəqəm 225 mindən artıq deyil.

Məsələnin siyasi tərəfi də var. Rusiyadakı müəyyən dairələr həmişə Azərbaycanı təzyiq altında saxlamaq üçün “sənin 2 milyon vətəndaşın bizdən asılıdır, onları deportasiya etsək, ölkənə 2 milyon işsiz qayıdacaq” kimi təzyiq xarakterli fikirlər səsləndirirdilər. Həm Rusiyada, həm də Azərbaycanda müəyyən maraq qrupları bu təzyiq mexanizmini gücləndirmək üçün belə şişirdilmiş rəqəmlərin yayılmasında maraqlı olublar. Lakin indi artıq rəsmi nəticə, rəsmi mövqe və rəsmi statistika var”.

Nəsimi Ələsgərli

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa