Tələbələri soyub narkotik alan şəxs tutuldu – VİDEO

media-hightechnic-468x90

lYasamal rayonunda quldurluqla məşğul olan şəxs saxlanılıb.

Yasamal Rayon Polis İdarəsi 28-ci polis bölməsinin əməkdaşları rayon və paytax ərazisində vətəndaşlara qarşı quldurluq edən şəxsi saxlayıb. Bölmə əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində 1988-ci il təvəllüdlü Əsgərov Süleyman Bayram oğlu həbs olunub.

Süleyman günün istənilən vaxtında əsasən tələbələrə, yeniyetmələrə və taksi sürücülərinə bıçaqla hədə-qorxu gələrək onların pulunu ələ keçirirmiş. Saxlanılan şəxs quldurluq yolu ilə əldə etdiyi pulları isə şəxsi istifadəsi üçün narkotik vasitələrə xərcləyib. Süleyman məhz narkotik maddələrə olan tələbatı səbəbindən bu cinayətləri törətdiyini deyir.

Süleyman Əsgərov ifadəsi zamanı son 2 ay ərzində təxminən 20-yə yaxın vətəndaşa hədə-qorxu gələrək pulunu mənimsədiyini etiraf edib. Amma onun cinayətlərinin sayının artacağı da istisna edilmir.

28-ci polis bölməsinin rəisi Hüseyn İmanov bildirdi ki, Əgər Süleyman Əsgərovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə bölməyə və ya Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə müraciət edə bilərlər.

Fakta bağlı isə Əsgərov barəsində başlanan cinayət işi araşdırılması üçün Yasamal Rayon Polis İdarəsinə göndərilib. İndiyə qədər də oğurluq və quldurluq etdiyinə görə bir dəfə məhkum olunan Ə.Süleymanı son cinayətlərinə görə yenidən uzunmüddətli həbsxana həyatı gözləyir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600