Telefonların qeydiyyat rüsumu üç dəfədən çox artırıldı

Türkiyədə əlavə dəyər vergisi (ƏDV) 20 faizə qaldırılıb. Xaricdən gətirilən mobil telefonların qeydiyyat rüsumu isə üç dəfədən çox artırılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fərman imzalayıb.

Sənədə əsasən viza, pasport, notariat xidmətləri və yaşayış üçün icazələrin qeydiyyat rüsumunda 50 faiz artım olub.

Bundan başqa, xaricdən gətirilən mobil telefonun qeydiyyat rüsumu üç dəfədən çox artırılaraq 6091 lirədən 20 min lirəyə (233 dollardan 766 dollara) qaldırılıb.

Qeyd edək ki, bundan öncə Türkiyədə ƏDV-nin baza hissəsi 18 faiz idi. Turizm, inşaat, istehsal sənayesi sahələrində fəaliyyət göstərən kompaniyalar əlavə dəyər vergisindən azaddır. Yerli banklar və sığorta şirkətlərindən də ƏDV tutulmur, lakin onlar bank və sığorta əməliyyatlarına görə vergi ödəməlidir.

 

COP29