Azərbaycan Respublikası Milli Məclisinin deputatı Tənzilə Rüstəmxanlı növbəti dəfə Neftçala seçiciləri ilə görüşüb.
Yenicah.az xəbər verir ki, görüşdə vətəndaşlar tərəfindən işsizlik, təhsil və səhiyyə problemlərinin həlli, qaz, su və internet xəttlərinin çəkilişinin düzgün layihələndirilməsi, o cümlədən pensiya və əlillik təyinatı ilə bağlı məsələlər qabardılıb.
Millət vəkili şəhid ailələrinə və qazilərə xüsusi diqqət ayırıb, onların qayğıları, üzləşdiyi problemlərlə maraqlanıb, hər birini ayrı-ayrılıqda dinləyərək müvafiq tədbirlərin görülməsi üçün qeydlər aparılıb.
Digər seçicilərin də hər birinin arzu və istəkləri, eyni zamanda qaldırdıqları sosial problemlər, vətəndaşların təklif və tələbləri millət vəkili Tənzilə Rüstəmxanlı tərəfindən diqqətlə dinlənilib, qanun çərçivəsində öz həllini tapması üçün müvafiq qurumlara ünvanlanmasına tapşırıqlar verilib.
Görüş iştirakçıları artıq həllini tapmış məsələlər və göstərilmiş yardımlarla bağlı deputat Tənzilə Rüstəmxanlıya dərin təşəkkürlərini ifadə ediblər.
Belə ki, millət vəkili Tənzilə Rüstəmxanlı “Azəriqaz” rəhbəri Azər Məmmədovla görüşərək Neftçala rayonu Yeniqışlaq və Qaravəlli kəndlərində əhalinin təbii qaza tələbatının təmin edilməsi üçün qaz təchizatı infrastrukturunun qurulması və qaz xəttlərinin çəkilməsi istiqamətində tədbirlər görülməsi məsələsini idarə rəhbərinin diqqətinə çatdırıb və bu görüşdən müsbət rəy alınıb.
Eyni zamanda, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovla da görüşən millət vəkili Neftçala rayonunun Həsənabad qəsəbəsində yaşanan əhalinin içməli su ehtiyacının təmin edilməsi üçün su təchizatı infrastrukturunun qurulması və su kəmərlərinin çəkilməsi ilə bağlı qurum rəhbərinə müraciət edib. Görüş zamanı məsələnin ən qısa zamanda və operativ şəkildə həll edilməsi üçün Zaur Mikayılov göstəriş verib.
Görüşdə həmçinin Neftçala RİH İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vasif Əliyev də iştirak edib. O da, öz növbəsində, qeyd olunan məsələ və problemlərə münasibətini bildirib, tədbir görülməsi üçün müvafiq qeydlər aparıb.
Qeyd edək ki, millət vəkili Tənzilə Rüstəmxanlının seçicilərlə görüşü hər ay mütəmadi olaraq keçiriləcək.
www.yenicag.az