Tətil günlərində dəmir yolu ilə daşınan sərnişinlərin sayı açıqlandı
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 8-11 noyabr qeyri-iş günlərində 69 555 sərnişin daşıyıb.
Bu barədə Yenicag.az-a ADY-dən məlumat verilib.
Bildirilib ki, qeyri-iş günlərində səhmdar cəmiyyət Abşeron dairəvi dəmir yolu ilə 58 858 nəfər, Bakı-Qazax-Bakı marşrutu ilə 6 523 nəfər (Bakı-Ağstafa-Bakı əlavə reysləri daxil olmaqla) sərnişin daşınıb.
Digər (Bakı-Qəbələ-Bakı, Bakı-Balakən-Bakı, Bakı-Ağdam-Bakı və Gəncə-Mingəçevir marşrutları) – 4 174 nəfər sərnişin daşınıb.
Qeyd edək ki, ADY 8-11 noyabr tarixlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərib və bu müddət ərzində ölkədaxili marşrutlar üzrə əlavə reyslər yerinə yetirilib, vaqon sayı tələbata uyğun olaraq artırılıb. Abşeron dairəvi dəmir yolu üzrə isə qatarların hərəkəti şənbə və bazar günlərinin qrafikinə uyğun tənzimlənib.












