!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Tibbi qaydalara hamılıqla əməl etməliyik" - Xalq artisti

!Reklam – Yazi

“Tətbiq olunan qaydalar xalqımızın sağlamlığı üçün zəruridir”.

Bu fikirləri yenicag.az-a açıqlamasında karantin rejimində tibbi maskadan istifadənin vacibliyinə diqqət çəkən xalq artisti, tanınmış xanəndə Mənsum İbrahimov səsləndirib.

Xalq artisti insanlara səslənərək tibbi maskadan istifadə etməyə çağırıb:

“Hər birimiz qaydalara əməl etməliyik ki, bu ağır durumdan çıxa bilək. Baxırsan marketlərə, məsafə gözlənilmir. Heç kim bu ağır virusa yoluxmaqdan sığortalanmayıb. Prezidentimiz maskadan istifadə edirsə, biz niyə qulaqardına vuraq? Tətbiq olunan qaydalar xalqımızın sağlamlığı üçündür. Mən elə saytınız vasitəsi ilə insanlara çağırış etmək istəyirəm. Hamılıqla tibbi qaydalara riayət etməliyik ki, normal həyatımıza qayıdaq, təbiətimizin gözəlliyindən zövq alaq”.

Cəvahir

www.yenicag.az

902
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv