Tikintidə dəhşətli an-Fəhlələr girov götürüldü (Video)
Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbulda şirkətlərdən birinin sahibi tikintidə çalışan fəhlələri girov götürüb. 55 yaşlı Əhməd adlı şəxsin belə addım atmasına səbəb onun şirkətinin yerləşdiyi binanın sökülməsi barədə qərar olub.
Belə ki, binada olan şəxslərin tərk etməsini xahiş edən tikinti şirkətinin işçiləri gözlənilmədən Əhməd bu hərəkəti qarşılaşıblar. O, əlindəki silahla bütün tikintidə çalışanları girov götürüb.
Qeyd edək ki, hələ də adıçəkilən şəxs girovları azad etməyib. Polis onu fikrindən daşındırmaq üçün addımlar atır.