!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

TikTok Azərbaycanda kitabsevərləri birləşdirir

!Reklam – Yazi

TikTok Azərbaycandakı istifadəçiləri Ümumdünya Kitabsevərlər Gününü qeyd etməyə dəvət edir

  • Avqustun 9-da qeyd olunan Ümumdünya Kitabsevərlər Günü ərəfəsində TikTok Azərbaycandakı istifadəçiləri kitab bayramına qoşulmağa#booktokazerbaijan həştəqindən istifadə edərək ədəbiyyat mövzulu yaradıcı videolar paylaşmağa dəvət edir.
  • Virtual bayram yazda başlayan və artıq TikTok-da 13 milyondan çox baxış toplayan #kitabfest ədəbi təşəbbüsünün davamıdır.

Qısa videoları izləmək və yaratmaq üçün aparıcı platforma olan TikTok Azərbaycanda istifadəçiləri yeni ədəbiyyat oxumağa və kəşf etməyə təşviq etmək təşəbbüsünü davam etdirir. Beynəlxalq kitabsevərlər bayramı şərəfinə Azərbaycanda platformanın istifadəçiləri #booktokazerbaijan həştəqindən istifadə edərək öz videolarında dörd ədəbi mövzudan birini dörd ədəbi mövzudan birini istifadə etməyə dəvət olunur. İstifadəçilər kitab tövsiyələrini, sevimli kitablardan çıxarışları, kitab alış-verişinə dair rəyləri, kitablarla bağlı şəxsi hekayələri paylaşa və ədəbiyyatı özlərinə uyğun formatda müzakirə edə bilərlər.

Layihə artıq azərbaycanlı məşhurlar tərəfindən dəstəklənib: məşhur müğənni, Azərbaycanın Eurovision 2014 Mahnı Müsabiqəsində təmsilçisi Dilarə Kazımova @dilarakazim bu yaxınlarda oxuduğu kitablarla bağlı tövsiyələrini bölüşüb və #booktokazerbaijan həştəqindən istifadə edərək abunəçilərini bayrama qoşulmağa dəvət edib. Müğənni Vlada Axundova isə TikTok istifadəçilərinə avqust ayında oxumağı tövsiyə etdiyi üç sevimli kitabını paylaşıb.

TikTok-un #kitabfest ədəbi təşəbbüsünün təqdimatı Bakıda keçirilən Milli Kitab Sərgisi ilə eyni vaxta təsadüf edib: o, artıq 13 milyondan çox baxış toplayıb. İstifadəçilər tövsiyə etdikləri, əsasında filmlər çəkilmiş kitabları, ev kitabxanalarını, kitab kolleksiyalarını nümayiş etdirmiş, lentə aldıqları kitab icmallarını və s. paylaşmışlar. Layihənin əhəmiyyətli əhatə dairəsi və content yaradıcılarının videolar yaratmaq üçün kreativ yanaşması istifadəçilərin mütaliəyə artan marağını və TikTok-da keyfiyyətli ədəbi məzmunun böyük potensialını nümayiş etdirir.

Azərbaycanda TikTok-un ədəbiyyat layihələri dünya ədəbiyyatsevərlərini birləşdirən qlobal mədəni fenomen olan #BookTok-dan ilhamlanır. Bu həştəq altında videolar artıq TikTok-da 163 milyarddan çox baxış toplayıb. Videolarda müxtəlif ölkələrdən olan istifadəçilər oxuduqları kitablarla bağlı tövsiyə və təəssüratlarını bölüşürlər. #BookTok həm də kitab sənayesinə təsir edir, yazıçıların populyarlaşmasına və kitabların bestseller siyahısına düşməsinə şərait yaradır. İnsanlar getdikcə daha çox TikTok rəyləri əsasında kitab seçirlər.

www.yenicag.az

468
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv