!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tolikdən ŞAD XƏBƏR: “İnşallah, sentyabrda...”

!Reklam – Yazi

Tanınmış prodüser və aparıcı Tarix Əliyev (Tolik) yeni mövsümdə yeni verilişə aparıcılıq edəcək. Adətən, şou xarakterli verilişlərdə aparıcılıq edən Tolik bu dəfə fərqli formatda olan layihə ilə izləyicilərin qarşısına çıxacaq.

Bu barədə Yenicag.az-a prodüser özü açıqlama verib.

Tolik bildirib ki, əsas məqsədi insanlara yardım etməkdir:

“Sosial şəbəkələrdən də bəllidir ki, sosial layihələrdə təcrübəm var, amma heç vaxt bunu televiziyaya gətirməmişdim. Yeni layihəmizin məqsədi var, istəyirəm, insanlara kömək edim. Bu gün məişət zəminində, ailə daxilində o qədər problemlər var ki… Qayınana-gəlin arasında münaqişələr olur, hansısa qadının, ya bəyin haqqı tapdanır, insanlar çarəsiz duruma düşür. Onları verilişə dəvət edib ziyalı, tanınmış ekspertlərin köməkliyi ilə dəstək olmağa, problemlərini həll etməyə çalışacağıq. İnşallah, veriliş sentyabrın ortasından həftə içi 5 gün MTV kanalında yayımlanacaq.

Cəvahir

www.yenicag.az

653
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv