!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Tovuz döyüşləri”nin baiskarı olan general Paşinyana qarşı çıxdı

!Reklam – Yazi

Ermənistan Silahlı Qüvvələrinin Tavuşda yerləşən 3-cü korpusunun keçmiş komandiri, general Qriqori Xaçaturov keşiş Baqrat Qalstyanın rəhbərlik etdiyi etirazçılara qoşulduğunu bildirib.

Yenicag.az xəbər verir ki, məlumatı “Hraparak” nəşri yayıb.

İnternet mediada generalın keşişlə qucaqlaşdığını əks etdirən fotoşəkil də yayılıb.

Qeyd edək ki, general Qriqori Xaçaturov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının keçmiş sədri, Ermənistan Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi Yuri Xaçaturovun oğludur.

“Qarabağ klanı”nın kadrı sayılan Q.Xaçaturov 2008-ci ildə İrəvan qarnizonunun komandiri olub.

Qriqori Xaçaturov hələ 2016-cı il iyulun 7-də eks-prezident Serj Sarkisyan tərəfindən korpus komandiri təyin olunmuşdu. Təyin olunduğu ilk gündən Qriqori Xaçaturov Qazax-Tovuz rayonları istiqamətində gərgin situasiya yaratmış, yaşayış məntəqələrinə atəşi intensivləşdirmişdi.

2020-ci ilin iyulunda baş vermiş “Tovuz döyüşləri”nin baiskarı da general Q.Xaçaturov olmuşdu.

Erməni general 2021-ci ilin iyulunda prezidentin sərəncamı ilə 3-cü ordu korpusunun komandiri vəzifəsindən azad edilib./Modern.az

www.yenicag.az

115
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv