Toya gedənlər qəzaya düşdü - Ölən var / FOTO 

media-hightechnic-468x90

Lənkəran rayonunda ağır yol qəzası baş verib.

Yenicag.az xəbər verir ki, hadisə Lənkəran-Boradigah yolunun Separadi kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Hundai” markalı avtomobilin yoldan çıxaraq ağaca çırpılması nəticəsində Göyçay rayonu sakini, 2002-ci il təvəllüdlü Elmir Qurbanov və onun həmyerlisi, 2004-cü il təvəllüdlü Cavid Salahlı ağır bədən xəsarətləri alıblar.

Yaralılar Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılarkən E.Qurbanov yolda keçinib, C.Salahlı isə reanimasiya şöbəsinə yerləşdirilib.

İlkin məlumata görə, Göyçay sakinləri Lənkərana toy mərasimində iştirak etmək üçün gəliblər. Hadisənin baş verməsinə səbəb kimi çiskinli hava şəraitində sürətin düzgün seçilmədiyi göstərilir.

Faktla bağlı araşdırma aparılır./Report/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa