“Traktor”un ilk baş məşqçisi vəfat etdi

media-hightechnic-468x90

Bu gün səhər saatlarında Təbrizin “Traktor” komandasının ilk baş məşqçisi İsmayıl Haşimi 88 yaşında dünyasını dəyişib.

Yenicag.az xəbər verir ki, bu haqda Təbriz mediası məlumat yayıb.

1937-ci ildə Təbrizdə anadan olan İsmayıl Haşimi 1954-cü ildə futbola başlayıb. “Traktor” komandasının qurulmasından əvvəl Təbrizin “Tac” və “Şahin” komandalarında çıxış edib.

1970-ci ildə “Traktor” komandası qurulub və İsmayıl Haşimi komandanın ilk baş məşqçisi olub.

O, qısa müddət ərzində Təbriz təmsilçisini İranda ən güclü komandalar səviyyəsinə qaldırıb.

Haşimi sonrakı illərdə Təbrizin bir neçə komandasına da baş məşqçilik edib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa