“Qarabağ” Avropa Liqasında ilk oyuna çıxır

media-hightechnic-468x90

 

media-banner_tuq

Bu gün Azərbaycan təmsilçisi “Qarabağ” Avropa Liqasının 2026/27 mövsümündə mübarizəyə başlayır.

Yenicag.az xəbər verir ki, Ağdam təmsilçisi 1-ci təsnifat mərhələsi çərçivəsində İslandiya “Vestri”si ilə ilk oyuna çıxacaq.

Saat 20:00-da başlayacaq Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüşü Roman Jitar (Moldova) idarə edəcək.

Bu komandalar arasında cavab oyunu iyulun 17-də İslandiyada keçiriləcək. Cütün qalibi 2-ci təsnifat mərhələsində SSKA (Sofiya, Bolqarıstan) – “Derri Siti”  (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.

“Qarabağ”  – “Vestri” cütünün məğlubu isə Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Qlentoran” (Şimali İrlandiya) – RFS (Latviya) cütünün qalibi ilə üz-üzə gələcək.

Avropa Liqası, 1-ci təsnifat mərhələsi, ilk oyunlar

20:00. “Qarabağ” (Azərbaycan) – “Vestri” (İslandiya).

Hakimlər: Roman Jitar, Vlad Lifçu, Vadim Vikol, Andrey Bregutse (Moldova).

VAR: Luka Çibelli (İsveçrə).

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05