Reklam: High Technic
hightechnic

Tramp Azərbaycanpərəst müşavirini Bakıya göndərir: “Neft və İranla savaş...” – Keçmiş səfir

Reklam: High Technic

“ABŞ bu addımı ilə Cənubi Qafqaz regionunun onun üçün böyük əhəmiyyət daşıdığını göstərmək istəyir”.

hikmet

Yenicag.az xəbər verir ki, ABŞ prezidenti Donald Trampın təhlükəsizlik məsələləri üzrə müşaviri, Azərbaycanın dostu kimi tanınan Con Boltonun Bakı və İrəvana səfər edəcəyinə dair məlumatlar yayılıb.

Boltonun regiona səfərinin dəqiq vaxtı açıqlanmasa da, onun yaxın vaxtlarda regiona gələcəyi bildirilir.

Trampın müşavirinin Bakı və İrəvana gözlənilən səfərinin məqsədlərini Yenicag.az-a dəyərləndirən Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadə bunu Vaşinqtonun regionla bağlı ciddi planları ilə əlaqələndirir:

“Əlbəttə, Trampın yaxın çevrəsinə daxil olan nüfuzlu bir şəxsin Qafqaz bölgəsinə səfərinin planlaşdırılması adi məsələ sayıla bilməz.

Boltonun təhlükəsizlik məsələləri üzrə təcrübəli kadr olduğunu nəzər alsaq, onun səfərinin məqsədləri barəsində təsəvvür yarana bilər.

Trampın müşaviri Bakıda hansı mövzuları müzakirə edə bilər? Hesab edirəm ki, burada müzakirə ediləcək əsas məsələlər neft və İranla bağı olacaq. Belə görünür ki, ABŞ İranla qarşıdurmanı daha da dərinləşdirmək, hətta müharibə həddinə çatdırmaqda qərarlıdır.

Boltonun İrəvana səfərinin arxasında isə Ermənistanın Rusiyanın təsir dairəsindən çıxarılması məsələsinin əsas predmet olacağını düşünürəm. O, yəqin ki Ermənistanın yeni hökumətini Rusiyadan qopmağın, birmənalı şəkildə Qərbə, Amerikaya üz tutmağın vacibliyinə inandırmağa çalışacaq.

Bütün hallarda deyə bilərik ki, ABŞ prezidentin təhlükəsizlik məsələləri üzrə müşavirini regiona göndərməklə, Cənubi Qafqazın onun üçün böyük əhəmiyyət daşıdığını göstərmək istəyir”.

A.Zeynalov

www.yenicag.az

1693