ABŞ prezidenti Donald Tramp və Almaniya kansleri Angela Merkelin telefon danışığında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan bəhs olunub.
Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ prezidenti Donalq Tramp Almaniya kansleri ilə telefon söhbətində Ərdoğanı “Böyük insan” kimi dəyərləndirib.
Trampın Ərdoğanla əlaqədar tərif dolu fikirlərini dinləyən Merkel daha sonra Türkiyə prezidentinin onu və Avropanın bəzi ölkələrinin rəhbərləri haqqında “ağır ifadələr” işlətdiyini, onları “nasist” adlandırdığını söyləyib.
Merkelin bu sözlərinə təəccüblənən Tramp özünü 16 aprel referendumu ərəfəsində Türkiyə ilə Avropa ölkələri arasında yaranan gərginlikdən xəbərsiz kimi göstərib.
Maraqlıdır ki, nə Ağ Ev, nə də Almaniya hökuməti bu məsələyə rəsmi şərh verməyib.
Yeniçağ.Az