Tramp Putini də Sülh Şurasına dəvət etdi

media-hightechnic-468x90

Rusiya prezidenti Vladimir Putin Qəzza zolağı üzrə beynəlxalq Sülh Şurasına qoşulmaq üçün dəvət alıb.

Yenicag.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, hazırda Rusiya tərəfi təklifin bütün detalları ilə maraqlanır.  Peskov əlavə edib ki, Moskva təklifin bütün nüanslarını aydınlaşdırmaq üçün Amerika tərəfi ilə əlaqə qurmağa ümid edir.

Bundan əvvəl Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Qəzza Sülh Şurasına qoşulmuşdu.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa