!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Trampın İrana sanksiyası: Bu şirkətlər ölkəni tərk etdi - SİYAHI

!Reklam – Yazi

ABŞ-ın İrana qarşı sanksiyaları bərpa etməsindən sonra böyük şirkətlər Tehranı tərk edib.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, bununla da bir milyon insanın işsiz qalacağı bildirilib.

İranı tərk edənlər arasında ABŞ, Almaniya, Fransa və İngiltərə şirkətləri ilə yanaşı Rusiyanın “Dəmir polad istehsalçıları” MMC-nin də olması təəccüb doğurub.

Qeyd edək ki, İranın nüvə proqramına Rusiya dəstək vermişdi.

İranı tərk edən şirkətlər arasında birinci yeri neft (TOTAL),  ikinci yeri isə avtomobil (Peugeot, Renault ve Citroen) şirkətləri tutur.

Almaniyanın SİEMENS şirkəti də İran bazarını tərk edib.

Bundan əlavə dünyanın üçüncü ən böyük konteyner operatoru olan CMA CGM şirkəti də İran bazarından ABŞ-ın sanksiyalarından qorunmaq üçün geri çəkildiyini açıqlayıb. Qeyd edək ki, 2016-cı ildə CMA CGM ilə İran Dəniz Təşkilatı arasında ümumi xətlərin fəaliyyət göstərməsi, fəaliyyət mübadiləsi və ya terminalların lizinqi və terminalların istifadəsi daxilində iş birliyi müqaviləsi imzalanmışdı.

“Boeing” və “Airbus”da İranla müqavilələri ləğv edib.

İran 2016-cı ildə ABŞ-ın “Boeing” aviaşirkəti ilə “İran Air” üçün 80 təyyarə və “Aseman Havayolları” üçün isə 30 təyyarə almaq barədə toplam 20 milyard dollarlıq müqavilə imzalayıb.

Tehran hökuməti həmçinin, 2016-cı ildə “Fransa Airbus”u ilə 2016-cı ildə 100 təyyarə almaq üçün 19 milyard dollarlıq müqavilə imzalayıb.

Lakin Trampın sanksiya elanından sonra ABŞ Maliyyə Nazirliyi Steven Mnuçin “Boeing” və “Airbus”un İran şirkətləri ilə müqavilələri ləğv etdiyini açıqlayıb.

 

 

 

 

COP29

www.yenicag.az

6713
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv