Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Tural Gəncəliyev AŞ PA-nın komitə iclasında erməniləri susdurdu

Reklam: High Technic

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Miqrasiya, Qaçqınlar və Məcburi Köçkünlər Komitəsinin onlayn iclası keçirilib.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasından Yenicag.az-a verilən məlumata görə, iclasda erməni nümayəndə heyətinin üzvləri ölkəmizin əleyhinə əsassız ittihamlar səsləndiriblər.

Erməni deputatlarının ardınca çıxış edən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, AŞ PA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Tural Gəncəliyev tutarlı faktlarla erməniləri susmağa məcbur edib.

İcma rəhbəri avropalı parlamentarilərin diqqətinə Ermənistan silahlı qüvvələri tərəfindən Gəncədə mülki əhalinin atəşə tutulması, çoxmənzilli binaların dağıdılması, Tərtər rayonunda dəfn mərasimi keçrilən qəbristanlığın raket atəşinə məruz qalması və nəticədə mülki insanların həlak olması, döyüş bölgəsində AZTV-əməkdaşlarının atəşə tutulması faktlarını çatdırıb.

T.Gəncəliyev bütün bunlarla yanaşı, Şuşa sakini olduğunu və Ermənistanın işğalçılıq siyasətindən əl çəkməməsi üzündən 28 ildir öz yurduna qayıda bilməməsini iclas iştirakçılarının diqqətinə çatdırıb.

Onun çıxışını olduğu kimi diqqətinizə çatdırırıq:

Loading...

www.yenicag.az

189