!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Turist təyyarəsi qəzaya uğradı: Ölənlər var 

!Reklam – Yazi

Fransanın cənubundakı Aveyron bölgəsində kiçik turist təyyarəsinin qəzaya uğraması nəticəsində dörd nəfər ölüb.

Yenicag.az xəbər verir ki, bu barədə “France İnfo” radiostansiyası xəbər verib. Hadisə barədə yanğın-xilasetmə xidmətinə və polisə yerli fermerlərdən biri xəbər verib.

Anqulemadan uçan turist təyyarəsi Larzak aerodromunun uçuş-enmə zolağından bir neçə kilometr şimalda qəzaya uğrayıb.

Pilot və üç sərnişin hadisə zamanı yerindəcə həlak olublar. Ölənlərin şəxsiyyətləri hazırda müəyyənləşdirilir.

Prokurorluq qəza ilə əlaqədar istintaqa başlayıb. Hüquq-mühafizə orqanları bölgədə bazar günü müşahidə olunan güclü küləyin əsməsini təyyarənin qəzasına səbəb ola biləcəyini istisna etmirlər. /Trend/

www.yenicag.az

782
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv