!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Turizm Agentliyində CASUS QALMAQALI: “Xarici kəşfiyyata işləyir” – İDDİA

!Reklam – Yazi

Dövlət Turizm Agentliyi Aparatının əməkdaşı Nicat Hüseynov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən martın 4-ü şübhəli şəxs kimi tutulub və məhkəmə qarşısına çıxarılaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib.

Agentlikdə bir neçə gündür baş verənlərlə bağlı Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Yenicag.az-a sensasion açıqlamalar verib.

Partiya sədri 2018-ci ildən qurumun rəhbəri olan Fuad Nağıyevi xarici kəşfiyyata işlədiyini bildirib:

“Bu qurumun rəhbəri avaranın biridir və kimlərinsə hesabına gəlib o vəzifəyə. Yadınıza gəlirsə, mən bir neçə il öncə cənab Prezident Şuşanı alandan sonra bütün partiya sədrlərini dəvət etmişdilər, biz də orda iştirak etdik. Orda Türkiyə turizm şirkətinin rəhbərliyi və digər şəxslər çıxış elədi, eləcə də Fuad Nağıyev. O çıxışdan sonra mən dedim ki, bu adam agentdir, bunu təcili kənarlaşdırmaq lazımdır. Orada, əlbəttə, hökumət nümayəndələri də vardı, mən onlara da bildirdim. Daha sonra bütün partiya sədrləri arasında da biz müzakirə keçirdik ki, bu adam layiq deyil o vəzifəyə”.

“Ona görə də o aparat rəhbəridir, xırda adamların həbs edilməsidir, bunlara ehtiyac yoxdur. Sədrin özü agentdir. Bu ölkəmiz üçün baş qaxıncıdır, dövlət başçımızın siyasətinə, onun komandasına uyğun adam deyil. Bu şəxs təcili həbs edilməlidir. Düşünürəm ki, o xarici kəşfiyyata işləyən adamdır. Bunların hamısının üstünü mən Hafiz Hacıyev açıram. Yadınıza gəlirsə, Kənd Təsərrüfatı Nazirliyi rəhbərinin köməkçisini gecə saat 1-in yarısında mən qovdurdum. Bunlar hamısı hakimiyyət daxilində agentliklə məşğuldurlar. Hakimiyyət daxilindəki bu agentlər təmizlənməlidir. Hamımız dövlət başçısına yardım, kömək etməliyik. Həm ideoloji baxımdan, həm belə faktları biləndə aşkara çıxarmalıyıq. Doğrudur, çətindir, ağırdır bunları demək, ancaq heç kim mənim kimi deyil”, – deyə o, əlavə edib.

MMP sədri əlavə edib ki, F. Nağıyev təcili şəkildə həbs edilməli və rəhbərlik etdiyi agent şəbəkəsi ifşa edilməlidir:

“Əlbəttə ki, mən canımı bir şəxsin yolunda qoymuşam, cənab Prezidentimizin yolunda canımı fəda vermişəm. Mən imkan verməyəcəyəm ki, onun çörəyini yeyib ona xəyanət edənlər olsun. Ona görə də düşünürəm ki, orada gedən bu xırda “kilkə”ləri tutmaq lazım deyil, onun böyüyünü həbs etmək lazımdır. Böyüyü tutsalar, hansı dövlətə agentlik etdiyini deyəcək özü. Onun özünün ətrafında da hakimiyyətə hansısa vasitələrlə yerləşdirdiyi nə qədər adamı var. Bunlar hamısı təcili həbs edilməlidir. Əks halda ölkədə anarxiya əmələ gələcək. Bu və bunun kimi məmurlar sərt şəkildə cəzalandırmalıdır. Uzatmaq lazım deyil. Bu agentura işlərinin başında duran, xaricə işləyən o sədrin özüdür. Onun keçmişdə qaynanasıdır, bilmirəm, nəyidir, o da həmişə Ulu Öndər Heydər Əliyevin əksinə gedən adam olub. Kimsə o vaxt pulunu alıb gətirib sırıyıblar. Şükür ki, vaxtında üstü açıldı, müvafiq tədbirlər görülür.

Hər bir halda qurumun sədri olan o kəsi təcili aradan götürmək lazımdır. Mən DTX-yə, hörmətli Əli Nağıyevə müraciət edirəm, o dövləti qoruyan çox ləyaqətli şəxslərdən biridir. Bu adam təcili həbs edilməlidir. O zaman görəcəksiniz ki, hansı faktların üstünü açıqlayacaq”.

 

Nurlan Cəfəri

www.yenicag.az

221
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv