!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türk dövlətindən SIÇRAYIŞ: Özbəkistan avtomobil istehsalında Rusiyanı geridə qoydu

!Reklam – Yazi

Bu ilin aprel-iyun aylarında Özbəkistan Rusiyadan daha çox minik avtomobili istehsal edib.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə Sənaye İnformasiyası üzrə (SİMA) Milli Agentliyin məlumatında qeyd olunub.

Məlumata görə, 2022-ci ilin aprel-iyun aylarında Özbəkistanda istehsal olunan minik avtomobillərinin sayı Rusiya ilə müqayisədə 20,4 min ədəd çox olub.

Başqa sözlə, göstərilən müddət ərzində Özbəkistanda 34 min avtomobil buraxıldığı halda Rusiyada cəmi 13,6 min avtomobil istehsal edilib.

Mütəxəssislərin hesablamalarına əsasən, iki ölkədə avtomobil istehsalında bu temp dəyişməzsə, o zaman ilin sonuna qədər Özbəkistanla Rusiya arasında fərq minimum 100 min avtomobilə çatacaq.

www.yenicag.az

521
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv