Reklam: High Technic
hightechnic

Türk dövlətlərinin tarixi birliyi necə bərpa ediləcək? - Oljas Süleymenin şərhi

“Orta Asiya ölkələri Rusiya ilə münasibətləri korlamamaq üçün Türk birliyinə ehtiyatla yanaşırlar”.

Bu fikirləri Yenicag.ru-ya müsahibəsində Türk dövlətlərinin bir arada olmaq imkanlarını dəyərləndirən Qazaxıstanın “Açıq dünya” Analiz və Proqnozlaşdırma Mərkəzinin vitse-prezidenti Oljas Süleymen deyib.

Oljas Süleymenin sözlərinə görə, bu ideyanın reallaşması üçün dövrün tələblərinə uyğun gələn konsepsiyanın işlənməsinə ehtiyac var:

“Hesab edirəm ki, Türk dövlətlərinin siyasi baxımdan bir arada ola bilməmələrinin əsas səbəbi konseptual problemlərə söykənir. Əvvəla, bu çərçivədə əsas konsept gələcəkdən çox, keçmişə istinad edir. Ancaq qəbul etmək lazımdır ki, Türk dövlətlərinin vaxtilə mövcud olmuş birliyini o qaydada yenidən qurmaq mümkün deyil.

İkincisi, Türk dövlətlərinin heç də hamısı Türkiyənin liderliyi ətrafında yaranan birlik konsepsiyasını, böyük və kiçik mənalarda “türkləşmə” reallığını qəbul etməyə hazır deyil.

Üçüncüsü, Orta Asiya dövlətləri əsas siyasi-iqtisadi, həmçinin hərbi tərəfdaşları olan Rusiya ilə münasibətləri korlamamaq üçün Türk birliyinə yönəlik siyasətlərini ehtiyatla, əsasən də deklorativ olaraq yürütmək məcburiyyətindədirlər.

Eyni zamanda, Türkiyənin NATO-da, Qazaxıstan və Qırğızıstanın isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) təmsil olunmaları Türk birliyi məsələsini çətinləşdirir. Belə bir şəraitdə həmin ideya yaşamaq qabiliyyətini itirir və bu halda Türk birliyi tərəfdarlarının yeni konsepsiya hazırlamaq zərurəti ortaya çıxır.

Məsələn, bu çərçivədə Rusiya, ABŞ, Çin və Türkiyənin təmsil olunmayacaqları Orta Asiya İttifaqının (OAİ) yaradılması nəzərdən keçirilə bilər.

Söhbətləşdi: Qafqaz Ömərov

www.yenicag.az

4207