!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Aktual TƏŞƏBBÜS: “Ölkə başçıları türk dövlətləri anlayışını siyasi lüğətdə möhkəmləndiriblərsə...” – REAKSİYA

!Reklam – Yazi

“Türk dövlətlərinin müxtəlif strukturlarının əməkdaşlıq platformalarında da bu amilin xüsusi fərqləndirilməsinin zəruriliyi açıq mətnlə bəyan edilməkdədir”.

Bu fikirləri Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyevin Qırğızıstanda təşkil olunan Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XXIV iclasında qurumun adındakı “Türkdilli Dövlətlər” ifadəsinin “Türk Dövlətləri” ilə əvəzlənməsi təklifini dəyərləndirən ekspert Əlabbas Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.Onun fikirncə, bu məzmunda təkliflər zaman-zaman digər platformalarda da irəli sürüləcək və qəbul olunacaq:

“Həqiqətən, çox əlamətdar haldır ki, türk dövlətləri arasında bütün sahələr üzrə inteqrasiya prosesi sabit qaydada davam etməkdədir. Dünyanın yenidən düzənləndirildiyi mövcud dönəmdə ortaq kök və tarixə malik olan qardaş dövlətlərin bir arada olmaq zərurətini artıq eyni dərəcədə qəbul etmələri, bu istiqamətdə praktik addımlar atmaları çox müsbət haldır.

Bu çərçivədə diqqəti cəlb edən məqamlardan biri müstəqil türk dövlətlərinin qarşılıqlı əməkdaşlıq platformalarında türklük faktorunu qabartmaları, bu amili birgəliyin əsas şərti kimi önə çəkmələridir. O baxımdan, ötən ilin noybarında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının dəyişdirilərək Türk Dövlətləri Təşkilatı adlandırılması təqdir olunmalıdır.

Eyni zamanda, artıq türk dövlətlərinin müxtəlif strukturlarının əməkdaşlıq platformalarında da bu amilin xüsusi fərqləndirilməsinin zəruriliyi açıq mətnlə bəyan edilməkdədir. Bu sırada Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyevin Qırğızıstanda təşkil olunan Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının növbəti iclasında qurumun adındakı “Türkdilli Dövlətlər” ifadəsinin “Türk Dövlətləri” ilə əvəzlənməsini təklif etməsi alqışlanası təşəbbüsdür.

Doğrudan da, türk dövlətlərinin liderləri artıq türk dövlətləri anlayışını siyasi lüğətdə möhkəmləndiriblərsə, qardaş ölkələrin ayrı-ayrı rəsmi strukturlarının fəaliyyətini əlaqələndirən qurumlarda bunun nəzərə alınması vacibdir. Həmin iclasda bu təşəbbüsün məhz Azərbaycan tərəfindən irəli sürülməsi isə ölkəmizin türk dövlətlərinin birliyinə necə böyük əhəmiyyət verdiyinin növbəti təsdiqidir. İnanıram ki, bu məzmunda təkliflər zaman-zaman digər platformalarda da irəli sürüləcək və qəbul olunacaq”.

A.Zeynalov

COP29

www.yenicag.az

1162
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv