Türk ordusu Əl-Bab əməliyyatında daha bir şəhid verdi
“Fırat Qalxanı” əməliyyatı zamanı türk ordusu daha bir şəhid verib.
Əl-Bab şəhərinin İŞİD-dən təmizlənməsi istiqamətində aparılan hərbi əməliyyat çərçivəsində Türkiyə ordusunun 1 əsgər şəhid oldu, 5 nəfər isə yaralanıb.
Məlumata görə, “Fırat Qalxanı” hərəkatının 118-ci günündə Əl-Bab ətrafında əməliyyatı keçirən türk əsgərlərinə İŞİD yaraqlıları tərəfindən hücum olunub.
Məlumata görə, tyralanan 6 əsgər təcili olaraq Kılıs Dövlət Xəstəxanasına yerləşdirilib. Təəssüf ki, onlardan birini xilas etmək mümkün olmayıb.
Yenicağ.Az