Türk Şurasının iqtisadiyyat nazirlərinin iclası keçirilir – FOTO

Türk Şurasının iqtisadiyyat nazirlərinin 10-cu iclası bu dəfə Bakıda keçirilir.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Facebook” hesabında yazıb.

“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Turkic Council – Türk Keneşi) regional əlaqələrin inkişafı baxımından perspektivli əməkdaşlıq müstəvisidir. Türk Şurasının iqtisadiyyat nazirlərinin 10-cu iclası bu dəfə Bakıda keçirilir. Həmkarlarımla ölkələrimizin dayanıqlı iqtisadi inkişafı ilə bağlı məsələləri müzakirə edəcəyik”, – deyə nazir qeyd edib.