Türkiyə gözəli prezidenti təhqir etdiyinə görə həbs edilə bilər-Foto
“Miss Türkiyə 2006” müsabiqəsinin qalibi Merve Büyüksaraç həbs oluna bilər.
Yenicag.az anspress-ə istinadən bildirir ki, Türkiyə gözəlinin həbs edilməsinin səbəbi isə prezident Rəcəb tayyib Ərdoğanı təhqir etməsidir.
İstanbul məhkəməsi Merve Büyüksaraçı 2 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxara bilər. Belə ki, İstanbul məhkəməsi Türkiyə gözəlinin yanvar ayında şəxsi “Instagram” hesabında paylaşdığı təhqiredici yazıya görə cinayət məsuliyyətinə cəlb edilməsini tələb edir.
Məsələ ilə bağlı Merve Büyüksaraçın özü də açıqlama verib. O özünü təqsirkar hesab etmir: “Mən sadəcə öz səhifəmdə sitat yerləşdirmişdim”.