!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə iqtisadiyyatı üçün YENİ DÖNƏM: “Ərdoğanın Qərb və yəhudi kapitalına münasibətinin dəyişməsi...” – Sabiq nazir

!Reklam – Yazi

“Qətər və başqa ərəb ölkələri ilə münasibətlər bu boşluğu dolduracaq gücdə deyil”.

Bu fikirləri Türkiyədə keçirilən seçkilərdən sonra ölkə iqtisadiyyatında gözlənilən mümkün dəyişiklikləri şərh edən keçmiş maliyyə naziri, professor Saleh Məmmədov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Türkiyənin mövcud nümunəsində xarici sərmayə olmadan iqtisadi sabitliyə nail olmaq qəliz məsələdir:

“Türkiyə iqtisadiyyatında həqiqətən ciddi problemlər var və onların həlli o qədər də sadə məsələ deyil. Açıq desək, bu vəziyyətin yaranmasında siyasi səbəblər iqtisadi səbəbləri üstələyir. Yəni iqtisadiyyatın bu duruma düşməsində Türkiyə iqtidarının, Ərdoğanın emosional qərarlarının rolu çox böyükdür. Başqa sözlə desək, iqtisadi problemlər siyasi-iqtisadi xarakterlidir.

Neçə il əvvəl Ərdoğan Qərb kapitalını Türkiyədən qovub çıxardı. Bu addımın ilkin mənfi təsirləri getdikcə artdı. Çünki xarici sərmayə olmadan iqtisadiyyatı inkişaf etdirmək mümkün deyil. Qətər və başqa ərəb ölkələri ilə münasibətlər bu boşluğu dolduracaq gücdə deyil. O baxımdan, Qərb kapitalını ölkədən çıxardıqdan sonra pul-maliyyə sistemində sabitliyi qorumaq imkansız işdir.

Ona görə də Türkiyə iqtisadiyyatında müsbət tendensiyanın başlaması üçün Ərdoğanın Qərb və yəhudi kapitalına münasibətinin dəyişməsi lazımdır. Nəzərə almaq lazımdır ki, hazırda Türkiyənin valyuta ehtiyatları az qala tükənmiş vəziyyətdədir. Bu ehtiyatlar nəyin hesabına doldurulacaq? Çətin məsələdir… İqtisadiyyat isə davamlı olaraq pul, investisiya tələb edir.

Bu işləri dövlətin imkanları ilə, alınan borclar hesabına iqtisadiyyata yatırım etməklə tənzimləmək mümkün deyil. İqtisadiyyatı və bu sektorda iştirakı olan hər kəsi, o cümlədən dövriyyədə, əllərdə və kənarda olan pulları aktivləşdirmək, hərəkətə gətirmək lazımdır. Bununla müsbət nəticəyə ümid etmək olar. Yoxsa ki Türkiyənin elə bir iqtisadi problemi yoxdur. Ölkə inkişaf edir, insanlar çox ağıllı və işgüzardır. Sadəcə, dediyim o məsələ həllini tapmalıdır”.

A.Zeynalov

www.yenicag.az

2247
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv