Türkiyədə keçirilən son prezident seçkilərindən sonra ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın açıqladığı yeni komandanın iqtisadiyyata təsiri hiss edilir.
Yenicag.az-ın yerli bürosu xəbər verir ki, Xəzinə və Maliyyə Nazirliyinə Mehmet Şimşəyin, Mərkəzi Bankın rəhbərliyinə isə Hafizə Qayə Ərkanın gətirilməsinin müsbət təsiri ilə bağlı rəqəmlər paylaşılıb.
Belə ki, birjada investorların sayı 5 milyon 630 min 160 nəfərlə rekord qırıb. Son 15 gündə investor sayının 537 min artması ilə aylıq artış faizi 27,54 olub.