Boksçumuz dünya çempionatına qələbə ilə başladı
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində kişi boksçular arasında dünya çempionatına start verilib.
Yenicag.az xəbər verir ki, mundialın ilk günündə Azərbaycan millisinin bir idmançısı rinqə çıxıb.
Məhəmmədəli Aşurəliyev (60 kiloqram) 1/32 finalda Visdom Barnorla (Syerra-Leone) qarşılaşıb. Boksçumuz döyüşü 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə öz xeyrinə bitirib. Dünya çempionatında debütdə qələbə qazanan Aşurəliyev növbəti görüşündə ilk mərhələdən azad olan Mrema (Tanzaniya) ilə üz-üzə gələcək.
Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatına 11 boksçu ilə yollanıb.












