Belarus milli komandası baş məşqçi Karlos Alosu istefaya göndərdi
Belarus milli futbol komandasının baş məşqçisi Karlos Alos və federasiya arasında müqavilə qarşılıqlı razılıq əsasında pozulub.
Yenicag.az xəbər verir ki, Belarus Futbol Federasiyası qərarı rəsmi açıqlama ilə təsdiqləyib.
“Belarus Futbol Federasiyasının rəhbərliyi və milli komandanın baş məşqçisi Karlos Alosun müqaviləsinin ləğvi barədə razılıq əldə olunub. Federasiya Alosa və onun məşqçilər qərargahına göstərdikləri işə görə təşəkkür edir və gələcək karyeralarında uğurlar arzulayır”, – deyə açıqlamada bildirilir.
İspan mütəxəssis milli komandaya 2023-cü ilin yayında baş məşqçi təyin olunmuşdu. Onun rəhbərliyi altında Belarus yığması 26 matça çıxıb və bu oyunlarda 6 qələbə, 10 heç-heçə və 10 məğlubiyyət qeydə alınıb.












