Rusiyanın müharibə CİNAYƏTLƏRİ: Moskva niyə ukraynalı uşaqları qaçırdır?

media-hightechnic-468x90

“İşğal etdiyi ərazilərdən azyaşlı uşaqları qaçırtmaq Rusiyanın atdığı ilk belə addım deyil”.

Bunu ukraynalı hüquq müdafiəçisi Katerina Raşevskayanın Rusiyanın işğal edilmiş ərazilərdən azyaşlıları qaçırtdığına dair iddialaırna münasibət bildirən politoloq Turan Rzayev Yenicag.az-a açıqlamasında səsləndirib.

Politoloq bildirib ki, bu, Rusiyanın ilk dəfə atdığı bir addım deyil:

“Aydın məsələdir ki, müharibə zamanı müxtəlif növ insan cinayətləri faktları gerçəkləşir. Nəzərə almaq lazımdır ki, müharibədə mülki şəxslər qətlə yetirilib. Eyni zamanda, Ukraynanın mülki obyektləri sıradan çıxarılıb. Belə şəhər əməliyyatlarında uşaqların qaçırılması hallarının da baş verməsi mümkündür və bir o qədər də təbii hadisədir. Şübhəsiz ki, bu, qanunsuzdur, amma müharibə reallıqlarında baş verə bilən hadisələrdir. Rusiyanın onlardan gələcək perspektivdə işğal etdiyi ərazilərdə özünü idarəetmə orqanları və yerli ukraynalıları işğalla barışdırmaq üçün istifadə etməsi mümkündür.

Rusiya Ukrayna ərazilərini qazanmaqla güzəştli sülh əldə etsə, Moskva yaxın on il ərzində həmin uşaqları bu ərazilərə idarəetməyə təyin edə bilər ki, onlar vasitəsilə ərazinin Rusiyaya meyilli siyasət yeritməsinə gətirib çıxarsın. Digər tərəfdən, gələcəkdə bu uşaqlardan biri Ukraynanın başına gətirilə bilər. Bu kimi hadisələr yaxın tarixdə də dəfələrlə olub”.

Nurlan Cəfəri

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa