Prosesdən kənarlaşdırılan Ukrayna: "Məsələ Vaşinqton və Kreml arasında öz həllini tapacaq"

media-hightechnic-468x90

“Avropa rəhbərliyi də prosesləri görür və dərk edir. Belə olan halda, Ukrayna ətrafında baş verənlər də Vaşinqton və Kreml arasında öz həllini tapacaq. Bu, geçəklikdir”.

Bunu Yenicag.az-a açıqlamasında sabiq deputat Elşad Mirbəşiroğlu deyib.media-elsadmirbesiroglu1 O, Belçikanın Baş naziri Bart de Veverin Rusiyanın Ukrayna müharibəsində uduzmayacağı ilə bağlı fikirlərini sensasion adlandırıb:

“Avropanın mərkəzi ölkəsinin liderinin aşkar mətnlə Rusiyanın uduzamayacağını deməsi düşündürücüdür. Avropa bəyan edirdi ki, nəyin bahasına olursa-olsun, rusların qarşısını almaq lazımdır. Baş nazirin açıqlamasından isə görünür ki, Rusiyanın uduzması avropalılara sərf etmir. Bunu isə nüvə ölkəsi olan Rusiyada qeyri-sabitliyin baş verməsinin arzuolunmaz olduğu ilə əsaslandırır.

Həmçinin o bir az da qabağa gedərək Rusiyanın dondurulan aktivlərinin istifadəsinin məqsədəuyğun olmadığını dilə gətirir. Bildirir ki, ruslar da belçikalıların Rusiyada olan zavodlarını müsadirə edə bilər. Eyni zamanda, həmin addımlar Avropanın bir çox ölkəsinə qarşı atılmış olacaq. Baş nazir hesab edir ki, bununla bağlı ən böyük zərəri Avropa çəkmiş olacaq”.

E. Mirbəşiroğlunun sözlərinə görə, Avropa Rusiya və ABŞ arasında intensiv diloqun mövcud olduğunu görür:

“Tərəflərin görüşlərin konstruktivliyi ilə bağlı bəyanatları prosesləri iki ölkənin idarə etdiyini göstərir. Burada Avropaya çox da rol ayrılmır.

Hətta Qərb mediası və analitiklərində Rusiya və ABŞ ortaq iqtisadi maraqlarının formalaşdığı ilə bağlı çıxışlar var. Həmçinin 28 maddəlik sülh sənədində də Rusiyaya qarşı sanksiyaların aradan qaldırılması, ABŞ-Rusiya arasında iqtisadi əlaqələrin bərpası kimi maddələr de yer almışdı. Bəlkə də, iki ölkə arasında anlaşma da mövcuddur.

Avropa rəhbərliyi də prosesləri görür və dərk edir. Belə olan halda, Ukrayna ətrafında baş verənlər də Vaşinqton və Kreml arasında öz həllini tapacaq. Bu, geçəklikdir”.

Nəsimi Ələsgərli

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa