Türkiyə sahillərində zəlzələ

Egey dənizinin Türkiyə sahillərində 4,1 bal gücündə zəlzələ baş verib.

Yenicag.az-ın məlumatına görə, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) xəbər yayıb.

Bildirilib ki, zəlzələnin episentri Muğla vilayətinin Marmaris rayonundan 63 kilometr aralıda, ocağı isə 7,45 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.