Türkiyədə 27 yaşlı azərbaycanlı sevgilisini 75 bıçaq zərbəsi ilə qətlə yetirdi

media-hightechnic-468x90

Türkiyənin Bursa vilayətinin Yıldırım rayonunda Rusiya vətəndaşı olan Arzu Xəlilova adlı qadın azərbaycanlı sevgilisi tərəfindən qətlə yetirilib.

Yenicag.az bu barədə “Milliyet” qəzetinə istinadən xəbər verir.

Bildirilir ki, 27 yaşlı S.M. 20 yaşlı sevgilisinə 75 bıçaq zərbəsi vurub.

Hadisə cütlük arasında yaranan mübahisə əsnasında baş verib. Evdə sevgilisini öldürən şəxs polis tərəfindən saxlanılıb.

Ağır yaralanan Xəlilova xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Fakt üzrə təhqiqat başlayıb./Oxu/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa