Türkiyədə 3 general və 1 admiral həbsdən buraxılıb

media-hightechnic-468x90

34464-Frankfurtddp_01719800CF5001A3-300x197Türkiyədə 15 iyul hərbi çevriliş cəhdindən sonra həbs olunmuş 3 general və 1 admiral sərbəst buraxılıb.

APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, generallar Əli Akyürək, Vəli Yıldırım, Şener Yazıçıoğlu və admiral Məsud Ak azad edilib. Məhkəmə qərarını bu şəxslərin çevrilişə cəhd etmiş hərbi qanadla əməkdaşlığına dair şübhə olsa da, kifayət qədər dəlil olmaması ilə əsaslandırıb.

Qeyd edək ki, general Vəli Yıldırım Ali Hərbi Şuranın qərarı ilə təqaüdə göndərilib, Məsud Ak isə Silahlı Qüvvələrdən xaric edilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600