!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Türkiyənin tələbi ilə otuz kilometrlik təhlükəsizlik zolağı təmin edilməyincə...” – ŞƏRH

!Reklam – Yazi

“Konstruktiv məzmunlu açıqlamaların verilməsinə baxmayaraq, hansı məsələdə və nə formada anlaşmanın əldə olunduğuna dair bilgi yoxdur”.

Bu fikirləri Rusiya, Türkiyə, İran və Suriya müdafiə nazirlərinin bir neçə gün əvvəl Moskvada baş tutan görüşündən sonra tərəflər arasında hər hansı formada anlaşma əlamətlərinin olub-olmadığına münasibət bildirən professor Toğrul İsmayıl Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, adları çəkilən ölkələrin rəsmi şəxslərinin bu tip təmasları ən azı bölgədə gərginliyin artmasının qarşısını alır:

“Görüşdən sonra konstruktiv məzmunlu açıqlamaların verilməsinə baxmayaraq, hansı məsələdə və nə formada anlaşmanın əldə olunduğuna dair bilgi yoxdur. O baxımdan, bu barədə qəti fikir bildirmək çətindir.

Məlumdur ki, Suriyada hərbi iştirakı olan o üç ölkənin hər birinin özəl maraqları var. Türkiyənin marağı sırf təhlükəsizliklə bağlıdır və Ankara Suriyanın şimalında otuz kilometrlik zolağın yaradılması mövqeyində israrlıdır. Aydındır ki, bu tələb təmin edilməyincə, Ankaranın Suriya siyasətində dəyişiklik olmayacaq.

Eynilə, Rusiya və İran da Suriyada hərbi mövcudluqlarını davam etdirməklə özlərinin regiondakı maraqlarının qorunmasını hədəfləyirlər. Təbii ki, Türkiyə təhlükəsizlik zolağının yaradılması məsələsində bu ölkələrin adekvat davranmalarını gözləyir.

Bununla belə, müdafiə nazirlərinin görüşündə hansısa anlaşmanın əldə edilib-edilməməsindən asılı olmayaraq adları çəkilən ölkələrin rəsmi şəxslərinin bir araya gələrək vəziyyəti müzakirə etmələri müsbət haldır. Çünki bu tip təmaslar ən azı bölgədə gərginliyin artmasının qarşısını alır”.

A.Zeynalov

www.yenicag.az

799
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv