!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türklər Putinin axırına çıxacaq

!Reklam – Yazi

imagesQabil Hüseynli: “Putinin həmin müraciəti şantaj xarakterlidir və ciddi təhdiddir”

Rusiyanın dövlət televiziyası olan “Rossiya 24” kanalının məlumatına görə Rusiya Federasiyasının prezidenti Vladimir Putin Ukrayna pravoslav kilsəsi nümayəndələrinə müraciət edərək bildirib ki, Ukrayna ilə əbədi qan ittifaqını heç kim dağıda bilməz. Ardınca, Putin yenə də Türkiyəni hədələyən fikirlər səsləndirib: “Türkiyə Əl-Qaidənin Suriya qolunu dəstəkləməkdən əl çəkməsə sonuncu rus çarı II Nikolayin başladığı işi sona çatdırmaqda qəti surətdə qərarlıyam. Birinci Dünya Müharibəsi dövründə II Nikolay İstanbulu xristianlara qaytarmağa və Dardanellə Bosfor boğazlarını azad etməklə Rusiyaya dəniz keçidini təhlükəsizləşdirməyə çalışırdı. Lakin pis tale ona bu işi həyata keçirməyə maneə oldu. Biz həmçinin Yunanıstanın Kipr üzərində suverenliyini müdafiə edir və Türkiyədəki rejimi bu adanın işğalına son qoymağa çağırırıq”.

Beləliklə, göründüyü kimi, Putin Türkiyə ilə yaşanan ziddiyyətləri dini düşmənçilik kontekstində göstərməyə çalışır.

Politoloq Qabil Hüseynli Yenicag.az-a açıqlamasında Rusiya prezidentinin bu açıqlamasını Türkiyəyə qarşı ciddi təhdid sayaraq, Ankaranı məsələ ilə bağlı beynəlxalq qurumlara müraciət etməyə çağırdı: “Putinin II Nikalayın İstanbulla bağlı başladığı işi başa çatdırmaq niyyətini ifadə etməsi şantaj xarakteri daşıyan bir fikirdir. Ona görə də belə bir fikir sahibi olan dövlətin başçısı ilə ehtiyatlı davranmaq gərəkdir. Çünki görünür Putin beynəlxalq hüquq norma və qaydalarına riayət etmək niyyətindən uzaqdır. Putinin həmin müraciəti ciddi təhdiddir və Türkiyə buna görə beynəlxalq qurumlara şikayət etməlidir və onlar da məsələyə ciddi reaksiya verməlidirlər. Bir dövlətin başqa bir dövləti açıq şəkildə təhdid etməsi yolverilməzdir. Ona q alsa, Sank-Peterburqun ərazisi vaxtilə polyakların olub. Uraldan o tərəfə olan torpaqlar da Rusiyanın olmayıb. Uraldan bu tərəfə olan ərazilər də tatarlar, başqırdların olub. Amma inanmıram ki, Putin dediyi bu sözlərinin üstündə dayansın. Türklər onun axırına çıxacaq. Çünki, Türkiyə Moskva qarşıdurması Rusiya NATO qarşıdurmasına çevriləcək və son olaraq birincinin məğlubiyyətilə sonuclanacaq”.

 

ELÇİN

www.yenicag.az

540
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv