Türkmənlər Əsədə qarşı döyüşlərə başladı

35779Azərbaycan əsilli türkmənlər Suriyanın şimalındakı Lazkiyə bölgəsində yerləşən Türkman dağını Bəşər Əsəd ordusundan təmizləmək üçün hücuma keçib.

Səhər saat 5:00-dan başlayan döyüşlər hazırda davam edir. Döyüşlərə Sultan Əbdülhəmid tuqayı, I sahil tüməni, II sahil tüməni və Ketibetul Mustafa qatılıb. Məlumata görə, türkmənlər Əsəd ordusunun əlində olan Sinan təpəsi, Fırınlıq, Mahmiyyə, 32-ci təpə, 45 və 46-cı təpə adlanan mövqeləri atəş altında saxlayır.

“Əl Cəzirə türk”ə danışan Sultan Əbdülhəmid tuqayının komandiri Ömər Abdulla Kəsəp əməliyyatların Əsəd ordusunun bölgədən çəkilənə qədər davam edəcəyini bildirib.

“Türkmənlər Əsəd bölgədən gedənə qədər öz torpaqlarını müdafiə edəcək”, – deyə komandir bildirib.